Şrift:
NATO-nun baş katibi: Rusiya Ukraynaya hücum edəcək
23.08.2014 [10:17] - Gündəm, Hərb
NATO Baş katibi Anders Foq Rasmussen Rusiyanın Ukraynaya hücum edəcəyini istisna etməyib.
Məlumata görə, Rasmussen bunu Almaniyanın “Bild” qəzetinə verdiyi açıqlamasında deyib.
“Rusiya bütün beynəlxalq öhdəlikləri üzərindən atdı və Avropa təhlükəsizlik sferasında yeni vəziyyət yaratdı. ”
Alyans (ittifaq, birlik) rəhbərinin sözlərinə görə, bunun üçün ümumi müdafiəni möhkəmləndirmək lazımdır.
Təyyarələrimiz Baltikyanı ölkələrin hava sahəsində növbə tutur, döyüş gəmilərimizi Qara və Baltik dənizinə göndərmişik. Polşa (Ləhistan) və Baltikyanı ölkələrdə hərbi təlimlərin sayı artıb. NATO sammitində (zirvə görüş) dərhal cavab reaksiya vermək üçün yeni addımlar qəbul ediləcək”.
Rasmussen söhbətin hərbi ssenaridən getdiyini də deyib.
Bu xəbər oxucular tərəfindən 933 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed