23.08.2014 [10:38] - Gündəm, Siyasət
BMT Təhlükəsizlik Şurası Ukraynanın şərqindəki vəziyyətlə bağlı qapalı məsləhətləşmələr keçirib.
UNİAN agentliyinin verdiyi xəbərə görə, iclasda BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Oskar Fernandes-Taranko çıxış edib.
BMT rəsmisi Rusiyanın humanitar yardım karvanının Ukrayna ərazisinə Kiyevin razılığı və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı olmadan keçməsi ilə bağlı narahatlığını ifadə edib.
Fernandes-Taranko qeyd edib ki, ölkənin şərqində əhaliyə humanitar yardım göstərilməsi üçün BMT Ukrayna hökuməti ilə sıx təmasdadır. BMT həmçinin Minskdə planlaşdırılan danışıqların gərginliyin azaldılması və səmərəli diplomatik dialoqa gətirib çıxaracağına ümid bəsləyib.

Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |