23.08.2014 [10:53] - Sosial
Xəzər sahilində sanatoriya-kurort müəssisələrinin ətrafında 3 km-dən yaxın məsafədə yaşayış məntəqələrinin salınması qadağan edilib
Nazirlər Kabineti “Sanatoriya-kurort müəssisələrində sanitar- gigiyenik Tələblər”də dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişiklik xüsusi mühafizə olunan təbiət ərazilərində yerləşən sanatoriya-kurort müəssisələrinin sanitariya - mühafizə zonalarının təşkili ilə bağlıdır.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonaları ilə bağlı tələblər belə ərazilərdə yerləşən sanatoriya-kurort müəssisələrinin sanitariya - mühafizə zonalarının təşkili zamanı da əsas götürüləcək. Məqsəd sanatoriya-kurort müəssisələrini kənar antropogen təsirlərdən qorumaqdır.
Qeyd edək ki, xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sərhədlərinin hüdud xəttindən bütün perimetri boyunca 3000 metrədək məsafədə müəyyən edilir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinə bitişik sərhədlərinin hüdud xəttindən 3000 metrədək məsafədə müəyyən edilir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında yeni yaşayış məntəqələrinin salınması, ekoloji təhlükə yaradan müəssisələrin, o cümlədən kimya, nüvə energetikası və metallurgiya sənayesi obyektlərinin yerləşdirilməsi və istismarı, geoloji kəşfiyyat işlərinin aparılması, faydalı qazıntıların çıxarılması və emalı, meşələrdə əsas istifadə qırıntısı, aqrokimyəvi maddələrdən və pestisidlərdən istifadə, yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası, ərazinin hidroloji rejimini pozan və torpağın münbitliyinə təsir edən işlərin görülməsi qadağandır. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarına daxil edilmiş xüsusi mülkiyyətdə, bələdiyyə mülkiyyətində və (və ya) istifadədə olan əmlakdan servitut hüququ əsasında istifadə edilir. Bu zonaların hüdudları daxilində fəaliyyəti zamanı insanların təbii üsulla müalicəsinə və əhalinin istirahətinə mənfi təsir göstərən müəssisələrin istifadəsinə və icarəsinə torpaq sahələrinin ayrılmasına da yol verilmir.

Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |