Şrift:
Azərbaycanda 50 minə yaxın insan qan azlığından əziyyət çəkir
23.08.2014 [11:10] - Sağlıq
Ölkədəki talassemiyalı xəstələrin 1 545 nəfəri 0-17 yaşlı uşaqlardır

Azərbaycanda 50 minə yaxın insan qan azlığından əziyyət çəkir. Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən il müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan anemiyalı xəstələrinin sayı 40 903 nəfər olub. Əhalinin hər 100 000 nəfərinə 437,1 anemiyalı xəstə düşür.

2013-cü il ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış anemiyalı xəstələrin sayı 37 435 nəfər (əhalinin hər 100 000 nəfərinə 402,7 nəfər) təşkil edib.

Əhalinin talassemiya ilə xəstələnməsinə gəlincə bildirilib ki, ötən il müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan talassemiyalı xəstələrin sayı 2 569 nəfər (əhalinin hər 100 000 nəfərinə 27,5 nəfər) olub. Onlardan 1 545 nəfəri 0-17 yaşlılardır. Bu isə o deməkdir ki, ölkədə 0-17 yaş arasında olanların hər 100 000 nəfərinə 60,6 nəfər talassemiyalı xəstə düşür.
Bu xəbər oxucular tərəfindən 1065 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed