Şrift:
Bu həftə doğum gününü qeyd edəcəyimiz Milli qəhrəmanlar
20.12.2011 [16:40] - Hərb
Aslanov Niyazi Şərəfxan oğlu
25 dekabr 1960-cı ildə Goranboy rayonun Tap-Qaraqoyunlu kəndində anadan olmuşdur. Erməni qəsbkarlarının fəallaşdığı 1988-ci illərdə Goranboy rayonunda özünü müdafiə dəstələri yaradılır.
Dəstəyə ilk yazılanlardan biri də Niyazi idi. Niyazi yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşdular. 1992-ci il, 4 may Tap-Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasina həlak olur. Ailəli idi. Tap-Qaraqoyunlu kənd orta məktəbi və Naftalan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulmuşdur.

Əhmədov Riad Fikrət oğlu
1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub. 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə yüksələn Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Yuxarı Qarabağın müxtəlif yaşayış məntəqələrində çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, bir sıra kəndləri düşmən tapdağından azad etmiş, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəxsi şücaəti və igidliyi ilə seçilən R.Əhmədov 1992-ci il yanvar ayının 25-də "Daşaltı əməliyyatı"nın gedişində itkin düşmüşdür.
Ailəli idi. İki övladı yadigar qalıb.

Əliyev Ələkbər Həsən oğlu

22 dekabr 1955-ci ildə Qubadlı rayonunun İşıqlı kəndində dünyaya ğöz acmışdır.. Erməni vandalizmi baş qaldıranda Ələkbər özünümüdafiə dəstəsi yaradaraq doğma torpağın müdafiəsinə qalxmışdir. O, özünün yaratdığı müdafiə dəstəsi ilə Laçının Türklər, Səfiyan, Suarası kəndlərində vuruşmuşdur. Ə.Əlıyev 1992-ci il avqustun 7-də Suarası kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ailəli idi. Dörd övladı yadigar qalıb.

Həsənov Eldar İsfəndiyar oğlu
26 dekabr 1965-ci ildə Cəlilabad rayonunun Lallar kəndində anadan olmuşdur. 1994-cü ilin yanvar ayında Eldarın ikinci cəbhə həyatı başlayır. E.Həsənovun başına ermənilər tərəfindən 50 min ABŞ dolları məbləğində mükafat qoyulmuşdu. Eldar döyüşdə əsl igidlik nümunəsi nümayiş etdirdi. 1994-cü ilin 12 mayında Horadiz qəsəbəsi uğrunda ağır döyüşlərin birində qəhrəmancasına həlak oldu.
Subay idi..Cəlilabad rayonunun Lallar kəndində dəfn edilmişdir.
Cəlilabad Rayon Polis Şöbəsinin həyətində büstü qoyulmuşdur.

Məmmədov İbrahim İsmayıl oğlu
20 dekabr 1958-ci ildə Naxçıvan MR-da dünyaya gəlib. Moskvada yaşamasına baxmayaraq, Qarabağ müharibəsi başlayanda vətənə qayıdır. Könüllü Batalyonlardan birinin tərkibində döyüşlərə qatılır. 1993-cü ildə Milli Orduda xidmətini davam etdirir, Kəlbəcər uğrunda gedən döyüşlərdə fəal iştirak edir. İ.Məmmədovun komandanlığı altında strateji əhəmiyyətli bir yüksəklik düşməndən azad edilir. 1994-cü il 16 fevralda Kəlbəcər uğrunda gedən qızğın döyüşdə düşmənin 3 tankını və xeyli canlı qüvvəsini sıradan çıxarır və düşmən snayperinə tuş gəlir. Aldığı yaradan qəhrəmancasına həlak olmuşdur.
Ailəli idi. İki övladı yadigar qalıb. Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.


Orucov Vəzir Surxay oğlu
26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur.1992-ci il may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olan Vəzir, batalyon komandirinin müavini vəzifəsinə yüksəlmişdir. V. Orucov Marquşevan, Levonarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşdə şücaət göstərmişdir. Düşmənin bir çox planını puç edərək, 1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə ağır yaralanmışdır. Müalicə olunaraq yenidən cəbhəyə qayıdır. 22 mart 1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Ailəli idi. Bir oğlu yadigar qalıb. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Rüstəmov Füzuli Salah oğlu
25 dekabr 1965-ci ildə Tərtər rayonun Hüsənli kəndində doğulmuşdur.1978-ci ildə Xocalıda orta məktəbə getmiş, səkkizillik təhsilini orada başa vurmuşdur. Qarabağ hadisələri başlayanda vətənə xidməti borcunu yerinə yetirmək üçün cəbhəyə yola düşür. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq ücün əməliyyat planı hazırlayan 4 nəfərin içərisində Fizuli də vardı. F. Rüstəmov Xocalı faciəsi zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsində xüsusi sücaət göstərmişdir. Ölümün pəncəsindən neçə-neçə insanın həyatını xilas etmiş və həmin vaxt aldığı ağır yaradan Ağdam Mərkəzi Xəstəxanasında dünyasını dəyişmişdir.
Tərtər rayonunun Hüsənli kəndində dəfn edilmişdir. Subay idi.
Bu xəbər oxucular tərəfindən 2948 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed