Şrift:
Ermənistanın statusu dəyişdi
23.08.2014 [12:59] - Gündəm, Siyasət
Moskva rəsmi İrəvanı tanınmamış ölkələr siyahısına salıb
Abxaziya Belarus və Qazaxıstana müraciət edərək onun müstəqilliyini tanısınlar və o, sonradan Avrasiya İttifaqına girə bilsin.
Məlumata görə, Belarus və Qazaxıstanın onsuz da Abxaziyanın müstəqilliyini tanımayacağını bəri başdan proqnozlaşdıran bir sıra erməni şərhçilər məsələnin bir çalarının da Ermənistan üçün təhqiramiz olduğunu vurğulayıblar.

“Görəsən, Avropa İttifaqına girmək üçün müraciət etmiş və statusu, demək olar ki, Abxaziyaya bərabər olan Ermənistan hansı addımı atacaq?”, - deyə erməni şərhçi Akop Badalyan sual verir.

Şərhçi bütün günahları Moskvada görür və Rusiyanın bundan əvvəl də Ermənistanı tanınmamış ölkələr siyahısına saldığını vurğulayır: “Hələ Medvedev prezident olanda təşkil etdiyi cıdır yarışlarında Serj Sarkisyan Abxaziya və Cənubi Osetiya prezidentləri ilə bir yerdə idi, MDB ölkələrindən heç bir prezident tədbirə gəlməmişdi”,- deyə Badalyan vurğulayır.
Bu xəbər oxucular tərəfindən 771 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed