Şrift:
Qazaxıstanda kömür mədənində qəza baş verib, ölən var
25.08.2014 [15:57] - Xəbərlər, Hadisə, Türk dünyası-Turan
Qazaxıstanda "Qazsink" şirkətinin (Ridder dağ-mədən kompleksi) "Tişin" kömür mədənində qəza baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Departamenti məlumat verir.
Məlumata görə, qəza yerli vaxtla saat 00:41-də baş verib. Qəzaya betonun çökməsi səbəb olub. Beton parçalarının mədənin içərisinə düşməsi nəticəsində üç fəhlə xəsarət alıb.
Departamentin məlumatına görə, fəhlələrdən biri - 25 yaşlı qazmaçı aldığı xəsarətlərdən yerindəcə həlak olub, onun iki yoldaşı - 26 yaşlı qazmaçı və 25 yaşlı elektrik mühəndisi müxtəlif dərəcəli xəsarətlərlə Ridder şəhər xəstəxanasına çatdırılıblar.
Hadisə mədəndə işin dayanmasına səbəb olmayıb. Növbənin dəyişməsi ehtiyat çıxışdan həyata keçirilir. Hazırda hadisənin səbəbləri aydınlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 1106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed