26.08.2014 [20:24] - Xəbərlər, Siyasət
"Biz bu gün əminik ki, Ukrayna böhranı hərbi ssenarinin daha da genişləndirilməsi, Ukraynanın cənub-şərq regionunun maraqlarını nəzərə almadan və bu regionun nümayəndələri ilə sülh danışıqları aparmadan bu böhran aradan qaldırıla bilməz”.
“Reuters”in verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Minskdə keçirilən yüksək səviyyəli görüşdə çıxış edən Rusiya prezidenti AB-dən ixrac olunan malların Ukrayna vasitəsilə Rusiyaya çatmayacağı təqdirdə, Rusiya iqtisadiyyatının 2,77 milyard dollar itirə biləcəyini də qeyd edib: "Rusiya belə bir vəziyyətdə boş qala bilməz və biz sadəcə öz bazarımızı qorumaq üçün həlledici tədbirlər görməyə məcbur olacağıq”.
Xatırladaq ki, bu gün Minskdə “üçlük” formatında AB-Ukrayna-Avrasiya Gömrük İttifaqı görüşü keçirilir.

Bu xəbər oxucular tərəfindən 1027 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |