20.12.2011 [17:21] - DAVAMın yazıları
Bütün canlı və heyvan növlərindən, məxsus olduğu primatlardan fərqli olaraq insan kollektivləri mədəniyyət və sivilizasiya yaradır. Lakin mədəniyyət bütün kollektivlərə, bütün xalqlara, sivilizasiya isə tək-təklərinə, bəzilərinə aiddir. Çünki, sivilizasiya mədəniyyətin yüksək qatı - bir növ qaymağıdır.
Arxeoloq və mifoloqlar iddia və sübut edirlər ki, Yerin tarixi ərzində bir çox mədəniyyət və sivilizasiyalar mövcud, sonra isə hər hansı bir təbii və iqlim hadisəsi nəticəsində məhv olmuşlar.
Şpenqler, Tiynbi və başqa tarixçi filosoflar son onminillikdə mövcud olmuş bir neçə sivilizasiyanın adını qeyde edirlər. Bunlar Şumer, Misir, Ellin, Roma, Çin, Hind, Ərəb və nəhayət Avropa XVII-XXI əsrlər sivilizasiyalarıdır ki, sonuncunun inkişafı davam etməkdədir. Sivilizasiyanın ən yüksək təzahürü kimi fəlsəfəni, mifologiyanı, ədəbiyyatı musiqini, rəngkarlığı, memarlığı nəzərdə tuturlar.
Bütün heyvan növlərinə sivilizasiya və mədəniyyət yaratmaq lazım olmayıb. Lakin insan dəstələri yaşayışlarının zərurəti, tələbatı nəticəsində əvvəlcə mədəniyyət (məişət alətləri, geyim və ov vasitələri) sonra isə mənəvi sərvətlər, zövq və idrak ləzzəti nümunələri - praktiki, fiziki, kimya, biologiya, astronomiya və s. elmlərin ən yüksək nailiyyətlərini əldə etmiş, fəlsəfə, musiqi və ədəbiyyatı yaratmışlar.
Xüsusən XX- XXI yüzilliklərdə sivilizasiya görünməmiş zirvələr fəth etmişdir ki, bunun nəticəsində ayrı-ayrı insanlar üçün böyük zövq və ləzzət mənbəyi, - X.Brxesin qeyd etdiyi kimi ruhi və mənəvi rezervuar yaranmışdır.
Lakin qəribəsi nədir? Qəribə odur ki, məs, Ellin və XVI-XVII əsr İtaliya şəhər dövlətlərinin əhalisindən fərqli olaraq XX əsrdə dünya əhalisi üçün bu “rezervuar” kütləvi deyil. Ondan yenə onu yaradanlar kimi tək-tək nüsxələr bəhrələnmişlər. Qədim Yunanıstanda demək olar ki, hamı yaradıcı və dahi idi. Eləcə XVI əsrdə İtaliya şəhərlərində də.
XX əsrdə isə vəziyyət başqadır. Məs: götürək musiqi aləmindəki vəziyyəti: klassik, alman, italyan və fransız musiqisi, xüsusən onların ən böyük nümayəndələri - Motsart, Bethoven, Şubert sağlıqlarında demək olar ki, onları heç kim görməyib, yalnız özləri kimi nadir şəxslər bu dahilərin yaratdıqlarını əlçatmaz musiqi nümunələri kimi səciyyələndirmiş, qiymətləndirmiş, dəyərləndirmişlər. Sonra da meydana çıxan diletantlar, bu əsərlərdən heç nə anlamadan həmin səciyyələndirmələri geniş yaymış, kitablarda və musiqişünaslıq vasitələrində təkrar etmişlər, əsərlər isə bir yanda qalmışdır.
Doğrudur, həmin operalara, simfoniyalar, sonata, prelüdlər vallara, disket və disklərə yazılıb, geniş yayılır, hər il tamaşaya qoyulub, arabir konsert zallarında səsləndirilir, barələrində yeni deyilənlər əvvəlkilərin təkrarı olur. Lakin bu musiqişünasların heç biri bu əsərlərin gözəlliyinin, sehrkarlığının və cazibədarlığının nədə olduğunu heç biri və ümumiyyətlə yüz mində bir adam da bilmir. Nəinki bilmir, heç maraqlanmırlar da.
Belə çıxır ki, dünya sivilizasiyasını yaradan beş yüz dahi yalnız özləri və özlərinə bənzəyənlər üçün yaradırlar. Mən hələ təmasda olduğum minlərlə adamın (fəhlədən professor, akademikinə qədər) bir nəfərindən də esitmədim ki, Bethovenin “Abbasionata” və “Kreyser” sonatası ilə maraqlansın, onlara qulaq assın, onlardan necə ləzzət aldıqlarını, necə xoşbət olduqlarını və ya Kafka ya da Prust və Coysun romanlarını heyranlıqla, nəinki heyranlıqla ümumiyyətlə oxuduqlarını və ən başlıcası satışdan alıb hətta oxusalar belə feyziyab olduqlarını eşitməmişəm.
Deməli, sivilizasiya nəinki yüzminlərlə, bəlkə də lap milyonlardan biri üçündür. Və hətta onların da tək-təkləri üçün olub, bəşəriyyətə aidiyyatı yoxdur. Bütün dünyada cüzi fərqlə hər min nəfərdən 999-u tamamilə daş dövrünün adamları olaraq qalırlar. Hamısı diplomlu, qalstuklu, “mersedes”li olub-olmasalar da.

Bu xəbər oxucular tərəfindən 8653 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |