Şrift:
Yeniyetmələrin Olimpiya Oyunlarında daha iki güləşçimiz finala yüksəlib
27.08.2014 [10:40] - Gündəm, İdman
Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən bildiriblər ki, Çinin Nanjinq şəhərində keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarında güləş yarışlarının üçüncü günündə sərbəst güləşçilər mübarizə aparıb.
A yarımqrupunda 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Teymur Məmmədov Gürcüstan, CAR və Palav təmsilçiləri ilə qarşılaşıb. 3 görüşdə rəqiblərindən 32 xal alan güləşçimiz, heç bir rəqibinə xal vermədən finala yüksəlib. Finalda Teymur Venesuela idmançısı ilə qarşılaşacaq.
1-ci dövrə - Teymur Məmmədov - İveriko Julakidze (GEO) 10:0
2-ci dövrə - Elbert Lukas Steyn (RSA) - Teymur Məmmədov 0:10
3-cü dövrə - Ceyms Didasko (PLW) - Teymur Məmmədov 0:12
FİNAL - Teymur Məmmədov - Antoni Montero (VEN)
100 kq çəkidə güləşən İqbal Hacızadənin yarımqrupda rəqibləri isə, Meksika, Misir və Braziliya güləşçiləri olub. Bütün görüşlərini qələbə ilə başa vuran güləşçimiz rəqiblərinə heç bir xal vermədən 26 xal qazanıb və finala yüksəlib. Finalda İqbal Moldova güləşçisi ilə qarşılaşacaq.
1-ci dövrə - İqbal Hacızadə - Madeyra Heber (BRA) 11:0
2-ci dövrə - Eduardo Qarsia (MEX) - İqbal Hacızadə 0:10
3-cü dövrə - Abdalla - Elgizavi (EGY) - İqbal Hacızadə 0:5
FİNAL - İqbal Hacızadə - Dmitri Ceacusta (MDA)
Qeyd edək ki, güləş yarışları dairəvi sistem üzrə keçirilir. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparır. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışır.
Xatırladaq ki, Nanjinqdə keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarında güləşçilərimiz 1 qızıl və 2 gümüş medala sahib olub. İslambek Dadov (yunan-Roma güləşi, 69 kq) qızıl, Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq) və Leyla Qurbanova (qadın güləşi, 52 kq) gümüş medal qazanıb.
Bu xəbər oxucular tərəfindən 870 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed