27.08.2014 [15:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ermənistan 7 iranlı məhbusu avqustun 26-da İrana təhvil verib. ISNA agentliyinin verdiyi məlumata görə, bunu İran daxili işlər nazirinin müşaviri Şahrux Hidayəti deyib.
Ş.Hidayəti bildirib ki, Ermənistandan təhvil alınan 7 iranlı məhbus narkotik maddələrlə bağlı cinayətlərə görə Ermənistanda həbs olunmuşdu.
Onun sözlərinə görə, Ermənistan iranlı məhbusları Norduz sərhəd keçid məntəqəsində İrana təhvil verib.
Ş.Hidayəti həmçinin deyib ki, İranda saxlanılan bir nəfər Bolqarıstan vətəndaşı iki gün öncə ölkəsinə təhvil verilib: "Bolqarıstan vətəndaşı narkotik maddələrlə bağlı cinayətə görə həbs olunmuşdu və Tehranın İmam Xomeyini adına hava limanında bu ölkənin nümayəndələrinə təhvil verilib".

Bu xəbər oxucular tərəfindən 936 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |