Şrift:
Rabitə və yüksək texnologiyalar naziri Qubada vətəndaşları qəbul edib
27.08.2014 [15:53] - Gündəm, Sosial
Bu gün Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Qubada vətəndaşları qəbul edib.

Qəbulda Quba ilə yanaşı Qusar və Xaçmazdan olan vətəndaşlar iştirak edib.

Qəbula gələn vətəndaşların müraciət və təklifləri əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, rabitə, televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, işlə təminat və digər məsələlərlə bağlı olub.

Nazirliyin idarə rəislərinin, struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda nazir Əli Abbasov vətəndaşların təklifləri və qaldırdıqları məsələlərlə bağlı müvafiq göstərişlər verdi. Qurumun səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq və nəzarətə götürülüb.

Qəbuldan sonra Ə. Abbasov ətraf rayonların telekommunikasiya qovşaqlarının rəhbər şəxsləri ilə videokonfrans keçirib və müvafiq göstərişlər verib.
Bu xəbər oxucular tərəfindən 953 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed