28.08.2014 [00:17] - Xəbərlər, İdman
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə aparan iki sərbəst güləşçimiz qızıl medal qazanıb.
Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən bildiriblər ki, Çinin Nanjinq şəhərində keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarında güləş yarışlarının üçüncü günündə sərbəst güləşçilər mübarizə aparıblar.
A yarımqrupunda 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Teymur Məmmədov Gürcüstan, CAR və Palau təmsilçiləri ilə qarşılaşıb. 3 görüşdə rəqiblərindən 32 xal alan güləşçimiz, heç bir rəqibinə xal vermədən finala yüksəlib. Finalda Teymur Venesuela idmançısına da heç bir şans verməyib və Olimpiya çempionu olub.
1-ci dövrə - Teymur Məmmədov - İveriko Julakidze (Gürcüstan) 10:0
2-ci dövrə - Elbert Lukas Steyn (CAR) - Teymur Məmmədov 0:10
3-cü dövrə - Ceyms Didasko (Palau) - Teymur Məmmədov 0:12
FİNAL - Teymur Məmmədov - Antoni Montero (Venesuela) 7:0
100 kq çəkidə güləşən İqbal Hacızadənin yarımqrupda rəqibləri isə Meksika, Misir və Braziliya güləşçiləri olub. Bütün görüşlərini qələbə ilə başa vuran güləşçimiz rəqiblərinə heç bir xal vermədən 26 xal qazanıb və finala yüksəlib. Finalda İqbal Moldova güləşçisi üzərində inamlı qələbə qazanaraq Olimpiya çempionu olub.
1-ci dövrə - İqbal Hacızadə - Madeyra Heber (Braziliya) 11:0
2-ci dövrə - Eduardo Qarsia (Meksika) - İqbal Hacızadə 0:10
3-cü dövrə - Abdalla - Elgizavi (Misir) - İqbal Hacızadə 0:5
FİNAL - İqbal Hacızadə - Dmitri Ceacusta (Moldova) 5:1
Qeyd edək ki, güləş yarışları dairəvi sistem üzrə keçirilir. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparır. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışır.
Xatırladaq ki, Nanjinqdə keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarında güləşçilərimiz bundan əvvəl 1 qızıl və 2 gümüş medala sahib olublar. İslambek Dadov (yunan-Roma güləşi, 69 kq) qızıl, Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq) və Leyla Qurbanova (qadın güləşi, 52 kq) gümüş medal qazanıblar.

Bu xəbər oxucular tərəfindən 1032 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |