Şrift:
NATO-nun sammitində Ukraynaya hərbi yardım məsələsi müzakirə olunmayacaq
28.08.2014 [00:17] - Xəbərlər, Hərb
NATO-nun sentyabrın 4-5-də Uelsdə keçiriləcək sammitində Ukraynaya hərbi yardım məsələsi müzakirə olunmayacaq

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə alyansın aparıcı ölkələrindən birini təmsil edən diplomat bildirib.

Şimali Atlantika İttifaqının zirvə toplantısında, həmçinin, Ukraynanın təşkilata üzvlük məsələsi də gündəmdə olmayacaq.

Bundan əvvəl NATO-nun Raketə Qarşı Müdafiə Sisteminin Rusiyaya tuşlanması məsələsinin müzakirə olunmayacağı barədə məlumat yayılıb.
Bu xəbər oxucular tərəfindən 838 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed