28.08.2014 [11:04] - Xəbərlər, Siyasət
"Hadisələrin təhlili göstərir ki, beynəlxalq aləmdə siyasi məhbuslarla bağlı aparılan antiazərbaycan kampaniyası sistemli xarakter daşıyır, bir mərkəzdən idarə edilir, növbəti siyasi məhbus iddiaları da bu kampaniyanın vacib, uzunmüddətli tərkib hissəsi kimi nəzərdə tutulub və bu kampaniya 2015-ci il Birinci Avropa Yay Olimpiya Oyunları və Parlament seçkiləri ərəfəsində beynəlxalq aləmdə Azərbaycanın mənfi imicinin formalaşdırılması üçün əsas vasitələrdən biri kimi istifadə ediləcəkdir".
Bunu AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, milllət vəkili Elxan Süleymanov mətbuata açıqlamasında bildirib.
E.Süleymanov hesab edir ki, belə bir şəraitdə Azərbaycan tərəfi qondarma "siyasi məhbus" məsələsi ilə bağlı tarazlaşdırılmış vahid mövqe qoymalı və bu mövqenin vacib tərkib hissələri aşağıdakılardan ibarət olmalıdır:
a) Azərbaycanda siyasi məhbusların olmasını iddia edən tərəfdən (QHT, beynəlxal təşkilatlar və s.) siyasi məhbus hesab etdikləri şəxs barədə məhkəmədə iddia qaldırması və həmin iddia ilə bağlı məhkəmə qərarı tələb olunmalıdır;
b) Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri tam azad olunmayanadək, yüz minlərlə azərbaycanlının pozulmuş hüquqları təmin edilməyənədək, Sərsəng su anbarının yaratdığı humanitar və ekoloji böhran təhlükəsi aradan qaldırılmayanadək, Naxçıvanın çoxillik blokadasına son qoyulmayanadək qondarma "siyasi məhbus" məsələsi ilə bağlı beynəlxalq təşkilatların Azərbaycana qarşı siyasi təzyiqlərinə məhəl qoyulmamalıdır.
Millət vəkili qeyd edib ki, son dövrlər antiazərbaycan qüvvələr beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA-da yenidən xüsusi fəallıq göstərərək ölkəmizə qarşı növbəti dəfə siyasi məhbus iddiaları ilə genişmiqyaslı kampaniyaya başlayıblar. Azərbaycanda fəaliyyət göstərən bir neçə milli QHT isə bu antiazərbaycan qüvvələr ilə iş birliyi qurub və xarici mənbələrdən maliyyələşirlər: "Həmin milli QHT-lər onları maliyyələşdirən xarici mərkəzlərin sifarişləri ilə müxtəlif qondarma siyasi məhbus siyahıları tərtib edir və öz qəyyumları olan antiazərbaycan qüvvələrlə birlikdə beynəlxalq təşkilatlarda Azərbaycanda çoxlu sayda siyasi məhbusların olması iddiaları ilə kampaniyada aktiv iştirak edirlər".
Onun sözlərinə görə, Azərbaycanda insan hüquqları sahəsində vəziyyət AŞ-na üzv olan digər ölkələrdən heç də fərqlənmir. Lakin məsələ burasındadır ki, AŞPA-da indiyədək Azərbaycandan başqa heç bir ölkəyə siyasi məhbus məsələsi şamil edilməyib.
E.Süleymanov bildirib ki, beynəlxalq məhkəmə-hüquq qaydalarına əsasən Azərbaycanda siyasi məhbusların olması barədə çıxış edən tərəf (QHT-lər, beynəlxalq təşkilatlar və s.) məhkəmələrdə konkret şəxsin siyasi məhbus olması barədə iddia qaldırmalı və məhkəmə vasitəsi ilə öz iddialarını sübuta yetirməlidirlər: "Hesab edirəm ki, məsələ yalnız bu yolla hüquqi müstəvidə həllini tapa bilər. Məsələnin məhz bu müstəvidə həlli ayrı-ayrı qərəzli tərəflərin subyektiv və qərəzli mövqeyinin qarşısını almaq iqtidarındadır".
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda siyasi məhbusların olması iddiası ilə çıxış edənlər heç bir vəchlə siyasi məhbus hesab etdikləri şəxslərin konkret cinayət əməlləri törətdiklərinə görə həbs edilmələri faktını nəinki qəbul etmirlər, hətta bu barədə eşitmək belə istəmirlər: "Misal üçün, Leyla Yunus konkret ittihamlarla həbs edilməsinə baxmayaraq, dərhal Avropa İttifaqı, Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası, ABŞ Dövlət Departamenti və Böyük Britaniya xarici işlər nazirliyi bəyanat verərək L.Yunusun həbsini Azərbaycanda vətəndaş cəmiyyətinə basqıların daha bir nümunəsi kimi pisləyib. Human Rights Watch, Amnesty İnternational, Freedom House, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu və bir sıra digər beynəlxalq QHT-lər Yunusun insan hüquqları sahəsində fəaliyyətinə görə qurama ittihamlarla həbs edildiyini iddia ediblər. Diqqəti çəkən məqamlardan biri də odur ki, Leyla Yunusun həbsi ilə bağlı erməni elektron KİV-dən Panarmenian, Azatutyun.am, massispost vebsaytları bu haqda materiallar verərək, ittihamların saxta olduğunu və hüquq müdafiəçisinin səsini kəsməyə xidmət etdiyini bildiiblər. Ermənistanın ATƏT-dəki nümayəndə heyəti isə bəyanatla çıxış edərək Leyla Yunusun həbsinin Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin kəskin pisləşməsi və münaqişənin həlli üçün imkanların aradan götürülməsi kimi qiymətləndiib. Maraqlıdır, deyilmi? Azərbaycan torpaqlarını işğal edən və 23 ildən artıq müddət ərzində işğal altında saxlayan, işğal edilmiş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən, yüz minlərlə azərbaycanlının hüquqlarını kütləvi, kobud və davamlı şəkildə pozan Ermənistanın KİV-ləri, rəsmi nümayəndələri özünün Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərinə göz yumur, lakin Leyla Yunusun hüquqlarının pozulmasından narahatlıq keçirir. Bu nonsensdir!!! Bu yaxşı rejissura edilmiş traqikomediyadır!!!"
El.Süleymanov hesab edir ki, Aİ, AŞ, AŞPA, ABŞ Dövlət Departamenti və Böyük Britaniya xarici işlər nazirliyinin, bir çox beynəlxalq QHT-lərin, yeri gəlmişkən insan hüquqları ilə bağlı vəziyyət o qədər də ürəkaçan olmayan Ermənistanın KİV-ləri və rəsmi nümayəndəsi ilə eyni vaxtda çıxış edərək Azərbaycanda siyasi məhbus iddialarını siyasiləşdirmək cəhdləri konkret məqsədə qulluq edir - daimi olaraq Azərbaycanda bu və ya digər süni problemlərin, o cümlədən qondarma "siyasi məhbus" probleminin olması iddiası ilə çıxış edərək Azərbaycana davamlı şəkildə təzyiq göstərmək və hər vəchlə ölkəmizin diqqətini işğal altında olan ərazilərin azad edilməsi istiqamətdə fəaliyyətdən yayındırmaq.

Bu xəbər oxucular tərəfindən 1124 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |