Şrift:
ABŞ “İslam dövləti”nin mövqelərinə növbəti zərbə endirib
29.08.2014 [09:53] - Güney Azərbaycan xəbərləri, Hərb
ABŞ-ın hərbi təyyarələri İraqda “İslam dövləti” qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

İTAR-TASS agentlyinin verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.

Hava zərbələri nəticəsində terrorçuların zirehli texnikası, silah-sursat daşıyan yük maşınları və blok-postu məhv edilib.

Hava hücumu strateji əhəmiyyət kəsb edən “Mosul” bəndi yaxınlığında olub.

Qeyd edək ki, ABŞ Hərb Hava Qüvvələri avqustun 8-dən “İslam dövləti” qruplaşmasının mövqelərinə 106 zərbə endirib.
Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed