29.08.2014 [14:19] - Güney Azərbaycan xəbərləri, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
Göyçə mahalının ərazizində əvvəlki yazılarda qeyd edik ki, eradan əvvəlki Urartu dövründəki qayaüstü yazılarda qeyd olunan bir neçı toponim və hidronimlər, müasir Türk sözlərilə həmahəngləşən etnonimlər də mövcuddur. Urartudan sonra Göyçə mahalının ərazisində yaşayan insanların şaman, bütpərəst, atəşpərəst, xaçpərəst inanclardan keçərək gəlib islama daxil olması məlum tarixi proseslərdir. Subatan tuf daşlarından yonulan hər bir dövrdən qalma daş kitabələr, əsasən qəbirstanlıqdakı baş daşları üzərindəki mixi heroqlifi, piktoqramlar, qrafiki, məlum olmayan digər yazı işarələrilə insanların dini və elmi təfəkkürlərindən məlumatlar verir. Qeyd etmək lazımdır ki, XVI əsr Səfəvilər dövrünə qədərki tarixdə Göyçə türklərinin yaşam tərzi yayda yaylaqlarda, qışda qışlaqlarda çadırlar (evlər) qurub elat toplumunda yaşamaq olmuşdur. Lakin altı-yeddi ay dağlarda yaylaq dövrü dünyasını dəyişənlər hal-hazırkı qalan qəbirstanlıqdakı qəbirlərdə dəfn olunmuşdur və baş daşlarına da o dövr üçün istifadə olunan yazılar yazılmışdır, eyni zamanda tayfa başçılarına, qəhrəmanlara və mötəbər adamlara aid baş daşlarına yazılar yazmışlar. Sıravi adamlara aid qəbir daşları adi, yazısız baş daşlarından ibarət olmuşdur.
Göyçə mahalında Subatan kəndinin ərazisindəki dağ silsiləsində tuf daşlardan müasir dövrdə də inşaat işlərində bəzəkli hörgü üçün istifadə edirdilər. Həmin daşlar qara rəngli müxtəlif olçülü olurdu. Dağların sinələrində, bəzən də üstündə yerləşən daş karxanalarında daşları sal qaya formasında mövcud olan zolaqlardan toxmaqla qırıb tədarük edirdilər. Qırılmış daşlar eni –uzunluğu 60sm/50 cm və bu ölçüdən az kiçik-böyük formada olmaqla daş balta ilə yonulub dörtbucaq halına gətirilirdi. Sonra yonulmuş daşlar hörgüdə “künc daşı” deyilən, yəni ev divarlarının künclərinin düz çıxması üçün istifadə edilirdi: çay daşlarından dortbucaqlı forma almaq mümkün deyil, çünki daşın sərtliyi balta ilə yonmaq imkanı vermir. Bu şərhi yazmaqda demək istəyirəm ki, Göyçə mahalındakı kəndlərin ərazilərindəki olan qəbiritanlıqdakı baş daşları həmin Subatan dağlarındakı tuf daşlardan yonulub düzəldilmiş və Göyçə gölünün şərq tərəfindən 100 km məsafəyə-qərb tərəfinə gəmi vasitəsilə gətirilmişdir. Eləcə də, gölün şimal və cənub tərəflərində yerləşən kəndlərə yaxın məsafədə olanlara araba ilə, nisbətən uzaq məsafələrə isə gəmilər vasitəsilə daşınmışdır...
Mən gördüyüm altmışıncı illərdə kolxozların “QAZ-51” yük maşınlarında kolxoz inşaat işləri üçün Subatan daşları daşınırdı və kolxoz təsərrüfat tikililərində istifadə edilirdi. Basarkeçər (rayon mərkəzi) qəsəbəsində əvvəl Alban, sonra ermənilərin üzərində əl gəzdirib erməniləşdirdiyi kilsənin də hörgü daşları Subatan daşlarından ibarətdir...
Bu Subatan daşları haqqında mövzu açarkən nəzərdə tuturam ki, tək öz mülahizələrimi təqdim etməyim. Göyçə mahalından olan müxtəlif elm sahəsi üzrə ziyalılar bizim ünvana yazılar göndərsinlən. Hər –halda ziyalılarımızın dəyərli yanaşmalarını öyrənmək elimizin tarixini ortaya çıxarmaqda əhəmiyyətli rol oynayacaqdır...
Niftalı Göyçəli Tel: 055 850 78 64

Bu xəbər oxucular tərəfindən 1505 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |