Şrift:
Onur Güngör: ”Bölgədə və dünyada baş verən geosiyasi proseslər Ermənistanın əleyhinə işləyir”
20.12.2011 [18:00] - Türk dünyası-Turan
Ermənistan özünü çətin vəziyyətə salıb

Bu sözləri “Davam”a Hollandiyadan “Turan Gənclər Təşkilatı”nın sədri Onur Güngör bildirib:
“Azərbaycan istənilən vaxt torpaqlarını azad edə bilər və sadəcə olaraq dünyada baş verən geosiyasi faktorlar Azərbaycanı sülh prinsipindən çıxış etməyə məcbur edir. Amma, Ermənistan siyasətçiləri sevinməsinlər ki, onlar Qarabağı işğal ediblər və orada rahat oturacaqlar. Əsla, elə deyil! Türk dünyasının gözəl torpağı və Azərbaycanın tərkib hissəsi olan Qarabağın işğaldan azad ediləcəyi gün uzaqda deyil”,- deyə, Onur Güngör bildirib.
Təşkilat sədri Ermənistanın Qarabağı azad etməyəcəyi təqdirdə qarşısında Türk dünyasını görəcəyini dilinə gətirdi.
“Çünki, bölgədə türk nüfuzu artmaqdadır və Ermənistan bunu diqqətə almaya bilməz. Üstəlik, bölgədə və dünyada baş verən geosiyasi proseslər Ermənistanın əleyhinə işləyir”, - deyə, Onur Güngör qeyd etdi.
Bu xəbər oxucular tərəfindən 1202 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed