Şrift:
Polşanın ardınca Ukrayna da öz hava məkanını Rusiyanın müdafiə nazirinin təyyarəsi üçün bağlayıb
30.08.2014 [01:03] - Gündəm, Hərb
Slovakiya Rusiyanın müdafiə naziri Sergey Şoyqunun “Tu-154” təyyarəsinin Bratislavada endiyini təsdiqləyib. Buna səbəb Polşa və Ukraynanın təyyarəni öz hava məkanına buraxmaması olub.

“Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb. Ekipaj üzvlərindən birinin məlumatına görə, Rusiyanın “Tu-154” təyyarəsinin Bratislavada enməsinin 2 səbəbi olub: Polşanın öz hava məkanını bağlamaq qərarı və yanacağın tükənmə riski.

Qeyd edək ki, bundan əvvəl Polşa Slovakiyadan səfərdən qayıdan Rusiya müdafiə naziri Sergey Şoyqunun “Tu-154” təyyarəsini öz hava məkanına buraxmayıb. Təyyarə geri dönərək Bratislavada enib.
Bu xəbər oxucular tərəfindən 871 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed