30.08.2014 [13:19] - Gündəm, Bildiriş
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər ki, avqustun 31-də Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 26-31 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında avqustun 31-də əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Bu xəbər oxucular tərəfindən 1080 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |