Şrift:
AŞ baş katibinin müavini: Avropada dini dözümlülük sahəsində vəziyyət olduqca gərgindir
01.09.2014 [12:17] - Xəbərlər, Sosial
"Bütün Avropada dini ayrı-seçkilik və dözümsüzlük baş qaldırır. Burada dini azlıqlara qarşı təzyiqlər olunur. Bu sahədə vəziyyət olduqca gərgindir. Bu da Avropada demokratik sabitliyi təhdid altında qoyur". Bunu Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battani-Draqoni Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda keçirilən 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün açılış mərasimində bildirib.
Onun sözlərinə görə, son illərdə beynəlxalq ictimaiyyət dinin rolundan daha çox məlumatlı olur: "Yəni mədəni müxtəlifliyin demokratik idarə edilməsi aspekti baxımından dinin oynadığı rolu daha çox nəzərdən keçirir. Ona görə də biz öz cəmiyyətimizdə bütün cəmiyyət üzvlərinin bərabər səviyyədə fəaliyyət göstərə bilməsi üçün mütəşəkkil iş aparmalıyıq. Bununla bağlı Avropa Şurasının Nazirlər Komitəsi 2008-ci ildə "Mədəniyyətlərarası dialoq üzrə Ağ Kitab" adlı sənəd hazırlayıb. Orada üzv dövlətlərin dini icmalar və qeyri-dini təşkilatları arasında dövrü dialoqun başlanması xüsusilə qeyd edilir".
Qabriella Battani-Draqoni hesab edir ki, dini icmalar dialoqun aparılmasında mühüm rol oynayır: "Dialoqun keçirilməsinə dini icmalarla yanaşı, dövlət də şərait yaratmalıdır. Dini icmaların özləri arasında dialoq baş tutmalıdır. Dövlət dinlərarası dialoqda mühüm rol oynamalıdır. Dövlət dini icmaları, qeyri-dini təşkilatları dinlərarası dialoqa həvəsləndirməlidir".
O, qeyd edib ki, Azərbaycan Avropa Şurasına sədrliyi zamanı "No hate speech" adlı layihəyə öz böyük dəstəyini verir. Gələn ay bununla bağlı gənclərin böyük toplantısı keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 883 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed