01.09.2014 [15:51] - Gündəm, Bildiriş
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri ilə əlaqədar sentyabrın 2-si və 3-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, sentyabrın 2-də saat 17:00-dan Heydər Əliyev Beynəlxalq Hava Limanından Aeroport şosesi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, eləcə də keçiriləcək digər tədbirlərlə əlaqədar Parlament, İnşaatçılar prospektləri, Bakıxanov küçəsi, Vaqif küçəsi istiqamətində fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.
Bakı yol polisi xahiş edir ki, sürücülər və nəqliyyat vasitələri sahibləri qeyd olunan tarixlərdə göstərilən istiqamətlər üzrə şəxsi avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Bu xəbər oxucular tərəfindən 840 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |