02.09.2014 [00:21] - Güney Azərbaycan xəbərləri, Diaspor
Pakistanın "Daily Pardez", "Daily Azkaar" qəzetləri və "Pakistan in the world" informasiya agentliyi tərəfindən "Daily Pardez" qəzetinin baş redaktoru Tazin Axtarın "Azərbaycan köçkünlərinin acı taleyi" adlı məqaləsi dərc edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir ki, məqalədə Ermənistanın işğalçı siyasəti nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon da daxil olmaqla Azərbaycanın 20 faiz torpaqlarının zəbt olunması, 750 mindən çox insanın isə həmin ərazilərdən məcburi köçkün düşməsi qeyd olunub. Ermənistanın nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə məhəl qoymaması və Pakistanın daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi məqalədə xüsusilə vurğulanıb.
Pakistanlı jurnalist bu ilin iyul ayında işğal altında olan Kəlbəcərdən didərgin düşmüş azərbaycanlı köçkünlər Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun doğma torpaqlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən saxlanılması və qondarma rejim tərəfindən açılmış cinayət işi ilə bağlı məlumat verib.
T.Axtar məqaləsində Dilqəm Əsgərovun öz doğma yurduna getməsinin qanunsuz sərhəd keçməsi kimi qələmə verilməsinin əsassız olduğunu bildirib və hələ də erməni əsirliyində olan 4 mindən çox azərbaycanlının taleyi haqqında heç bir məlumatın olmadığını diqqətə çatdırıb.
Müəllif, eyni zamanda, avqust ayında Azərbaycan-Ermənistan sərhədini pozmağa cəhd edən erməni diversiya qrupunun Azərbaycan Silahlı Qüvvələri tərəfində zərərsizləşdirilməsi, toqquşma nəticəsində 4 nəfər erməni diversantın öldürülməsi və Karen Petrosyan adlı erməninin isə saxlanılması haqqında oxuculara ətraflı məlumat verib. Sonradan K.Petrosyanın ölümü və Azərbaycanın bu faktla bağlı Qırmızı Xaç təşkilatını dərhal məlumatlandırması xüsusilə qeyd olunub. Lakin pakistanlı jurnalist ermənilərin Azərbaycan köçkünlərinə qarşı qeyri-insani rəftarına laqeyd qalan bəzi qərb dövlətlərinin K.Pertosyanın ölümü ilə bağlı dərin "narahatlıqlarını və başsağlıqlarını" bildirməsinin təəccüb doğurduğunu yazıb.
T.Axtrarın məqaləsi "bu kimi münasibət işğalçılara dolayısı yolla həvəsləndirici siqnallar göndərir və mövcud ikili standartları bir daha qabarıq şəkildə nümayiş etdirir" sözləri ilə yekunlaşıb.

Bu xəbər oxucular tərəfindən 888 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |