Şrift:
Əhməd Davutoğlu: Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması Türkiyə üçün strateji məsələdir
02.09.2014 [00:22] - Gündəm, Türk dünyası-Turan
Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması Türkiyə hökuməti üçün strateji məsələdir. Anadolu agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənim baş naziri Əhməd Davutoğlu ölkə parlamentində çıxış zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olmasından sonra Türkiyə həmçinin Ankara və Yerevan arasında münasibətlərin normallaşması üçün addımlar atacaq.
Türkiyənin baş naziri Ermənistanı tarixi hadisələrin girovu olmamağa, həmçinin ikitərəfli münasibətlərin normallaşması üzrə Ankaranın təkliflərini rədd etməməyə çağırıb.
Bu xəbər oxucular tərəfindən 1211 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed