Şrift:
İranın keçmiş vitse-prezidenti barədə cinayət işi açılıb
02.09.2014 [14:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mahmud Əhmədinejatın prezidentliyi dövründə İranın vitse-prezidenti olmuş Məhəmməd Reza Rahimi barədə cinayət işi açılıb.

İran mətbuatının xəbərinə görə, İranın baş prokuroru Qulamhüseyn Möhsün Ejei məhkəmə hökmü açıqlanmadığına görə cinayət işinin detallarını açıqlaya bilməyəcəyini qeyd edib. O, təqsirləndirilən barədə həbs və ya cərimələnmə hökmünün çıxarılacağını istisna etməyib.

İranın eks-prezidenti Mahmud Əhmədinejat isə vitse-prezidentini müdafiə edərək, Reza Rahiminin “parlaq, günahsız və dindar” bir şəxsiyyət olduğunu deyib.

Qeyd edək ki, İran mətbuatı keçmiş vitse-prezidentin korrupsiya əməllərində ittiham edildiyini bildirir.
Bu xəbər oxucular tərəfindən 1217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed