03.09.2014 [14:17] - Xəbərlər, Hərb
Ukrayna və Rusiya prezidentləri Pyotr Poroşenko və Vladimir Putin Donbasda daimi atəşkəs rejimi barədə razılığa gəliblər. Bu barədə "İnterfaks-Ukrayna " çərşənbə günü məlumat yayıb.
Ukrayna dövlət başçısının rəsmi saytı məlumat verir ki, müvafiq razılaşma telefon söhbəti zamanı əldə olunub.
Məlumatda deyilir: "Söhbətin nəticəsi Donbasda daimi atəşkəs rejimi barədə razılaşma olub. Sülhün əldə olunmasına yardım edə biləcək addımlarla bağlı qarşılıqlı anlaşmaya nail olunub".
Bir müddət əvvəl Putinin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi ki, "dövlət başçıları bu ölkənin cənub-şərqində ən tez bir zamanda qan tökülməsinin qarşısının alınması üçün ilk növbədə nə etmək lazım olması ilə bağlı fikir mübadiləsi aparıblar".
O qeyd edib: "İki ölkənin prezidentlərinin ağır böhranlı vəziyyətdən çıxmaq üçün mümkün çıxış yolları haqqında baxışları xeyli dərəcədə üst-üstə düşür".

Bu xəbər oxucular tərəfindən 940 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |