Şrift:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İsrail komandasını məğlub edib
04.09.2014 [00:07] - Xəbərlər, İdman
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsrail komandasını qəbul edib.

“Dalğa Arena” stadionunda keçilən qarşılaşmanı Latviyalı baş hakim Andris Treimanis idarə edib. Onun həmyerliləri Aleksejs Spasjonnikovs, Raimonds Tatriks kömək ediblər. Komandamız rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Oyunda qollardan birini Ağabala Ramazanov və ikisini isə Rəhman Hacıyev vurub.
Milli komandamız səkkizinci qrupda mübarizə aparır. Yığmamız sentyabrın 9-da qrupun lideri Portuqaliya komandasının qonağı olacaq.
Bu xəbər oxucular tərəfindən 894 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed