04.09.2014 [00:08] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türk Dünyası Qəzetəcilər Federasiyasının baş direktoru Menderes Dəmir ilə görüşüb.
Mətbuat Şurasından bildirilib ki, görüşdə türk dünyası jurnalistlərinin konsolidasiyası ilə bağlı məsələlər müzakirə olunub, Əskişəhərdə keçirilmiş I Türk Dünyası Qəzetəcilər Şurasında çıxarılan qərarlar üzərində dayanılıb. Burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin təbliğinə dair qaldırılmış məsələlərə xüsusi diqqət yetirilib.
Görüşdə Türk Dünyası Qəzetəcilər Federasiyasının mövcud istiqamətdəki fəaliyyətini gücləndirmək üçün Azərbaycan ilə sıx təmaslar qurduğu və əməkdaşlığını daha da dərinləşdirəcəyi vurğulanıb. Həmçinin Türk Dünyası Qəzetəcilər Şurasının gələcəkdə də təşkili, Türkiyə və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərinin reallaşdırılması ətrafında da fikir mübadiləsi aparılıb.

Bu xəbər oxucular tərəfindən 947 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |