Şrift:
Azərbaycan Prezidenti tarixin saxtalaşdırılması və faşizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə çağırıb
20.12.2011 [19:21] - Gündəm
Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının qeyri-formal sammiti zamanı tarixin saxtalaşdırılması və faşizmin qəhrəmanlaşdırılması ilə mübarizəni aktivləşdirməyə çağırıb.

Moskvada keçirilən sammit Birliyin yaradılmasının 20 illiyinə həsr edilib.

"Biz tarixi saxtalaşdırmağa, İkinci Dünya müharibəsi hadisələrinin təhrif edilmiş təqdimatının getdiyi bir vaxtda şəraitə imkan verməməliyik. Bunu yalnız kiminsə əsas uğurları özünə götürmək istəməsi planında deyil, təəssüf ki, bir sıra ölkələrdə faşizmin qəhrəmanlaşdırılması planında etməliyik. Biz bunu keçmiş kimi saxlaya bilmərik. Biz bununla mübarizə aparmalıyıq. Biz birgə səylərimizlə təsdiq etməliyik və öz xəttimizi aparmalıyıq. Bu, çətin olmayacaq, çünki haqq bizim tərəfimizdədir", - Əliyev qeyd edib.

SSRİ-nin dağılmasından sonra keçmiş sovet ölkələrində Böyük Vətən müharibəsi tarixi yoxlamalara məruz qaldı və faşizm köməkçilərinin qəhrəmanlaşdırılması tendensiyası yarandı.
Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed