05.09.2014 [00:05] - Gündəm, İqtisadiyyat, DAVAMın yazıları
Azərbaycanın Dünya İqtisadi Forumunun (DİF) rəqabət qabiliyyətlilik reytinqində yüksək mövqeyi iqtisadiyyat sahəsində həyata keçirilən tədbirlərin davamlılığının və irimiqyaslı layihələrin səmərəliliyinin məntiqi nəticəsidir. Bunu cümə axşamı Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.
Azərbaycan dünya ölkələrinin rəqabət qabiliyyətlilik reytinqində öz mövqeyini 1 pillə yaxşılaşdıraraq 144 ölkə arasında 38-ci yeri tutub. Bu barədə DİF-in dərc etdirdiyi 2014-2015-ci illərdə qlobal rəqabət qabiliyyətliliyi üzrə hesabatda deyilir.
Azərbaycan artıq 6 ildir ki, bu sahədə MDB ölkələri arasında öndədir. Müqayisə üçün qeyd edək ki, MDB-nin digər iki əsas neft ölkəsi olan Rusiya bu reytiq cədvəlində 53-cü, Qazaxıstan isə 50-ci yerdədir.
Ə. Məsimli bildirib: "Əgər nəzərə alsaq ki, DİF kimi mötəbər bir təşkilat dünya ölkələrinin qlobal rəqabətə davamlılıq indeksini 144 ölkənin 14 min ekspert və şirkət rəhbərinin makroiqtisadi sabitlik, maliyyə bazarının inkişafı, əmək bazarı, texnoloji inkişaf, innovasiya potensialı, şirkətlərin rəqabət qabiliyyətliliyi, təhsil, səhiyyə və sair bu kimi 12 nəzarət göstəricisinə münasibəti əsasında formalaşdırır və tərtib edir, o zaman bunun ölkəmiz üçün əhəmiyyəti öz-özlüyündə aydındır".
Onun sözlərinə görə, həmin sadalanan sahələrdəki tərəqqi reytinqimizin artmasında mühüm rol oynayır: "Həmçinin Azərbaycan iqtisadiyyatının dayanıqlığı və davamlılığı özünü 2008-ci ilin qlobal maliyyə-iqtisadi böhranından postsovet ölkələri ilə müqayisədə daha az zərərlə çıxması ilə göstərdi".
Millət vəkilinin fikrincə, Azərbaycanın qlobal rəqabət qabiliyyətliliyi reytinqində mövqeyinin yüksəlməsi digər mötəbər qurumların reytinq araşdırmalarında da ölkəmizin göstəricilərinə, xüsusən, Azərbaycanın suveren reytinqinə, kredit reytinqlərinə müsbət təsir göstərəcək: "Bu əsasda Azərbaycanın DİF tərəfindən dərc edilən dünya ölkələrinin rəqabətə davamlılığı reytinqində öz mövqelərini yaxşılaşdırması ölkəmizə xarici sərmayə qoyuluşuna və uzunmüddətli əlverişli kredit təkliflərinə də müsbət təsir göstərəcək".
Onun sözlərinə görə, Azərbaycan ümumi qlobal rəqabət qabiliyyətliliyi indeksinə görə 38-ci yerə qalxsa da, makroiqtisadi sabitlik, əmək bazarı və sair bu kimi sahələr istisna olmaqla, bir sıra göstəricilərə görə, xüsusən də texniki və texnoloji xarakterli göstəricilərə görə ümumi indeks yerindən xeyli uzaqdadır: "Deməli, Azərbaycan öz mövqelərini daha da möhkəmləndirməkdən ötrü makroiqtisadi sabitliyi qoruyub saxlamaqla yanaşı, həm də innovasiya potensialını artırmalı, qabaqcıl texnologiyanın tətbiq dairəsini genişləndirməli, idarəetmənin təşkilati quruluşunu təkmilləşdirməli və təsisatların keyfiyyətinin yüksəldilməsi istiqamətlərində təsirli tədbirlər görməlidir".
Deputat qeyd edib: "Əgər nəzərə alsaq ki, DİF tərəfindən irəli sürülən dünya ölkələrinin rəqabətə davamlılığı reytinqində birinci onluqda İsveçrə, Sinqapur, ABŞ, Finlandiya, Almaniya, Yaponiya, Honq Konq, Hollandiya, Böyük Britaniya, İsveç kimi hər cəhətdən rəqabət qabiliyyətli ölkələr dayanıb və Norveç, Danimarka, Avstriya, Fransa, Belçika, Kanada kimi ölkələr birinci onluqdan kənarda qalıb, o zaman Azərbaycanın yaxın perspektivdə birinci otuzluğa, orta perspektivdə isə birinci iyirmiliyə düşmə şansları daha realdır. Bundan ötrü Azərbaycan innovasiyalı inkişaf modelinə keçməli və həmin modelin reallaşdırılmasına xidmət edən cəmiyyət həyatının bütün sahələrində islahatları genişləndirməli və dərinləşdirməli, insan kapitalının inkişafına diqqəti artırmalıdır".

Bu xəbər oxucular tərəfindən 1051 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |