05.09.2014 [13:45] - Hərb, DAVAMın yazıları
Avqustun 29-da Prezident Administrasiysının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyilə keçirilmiş məlum müşavirə hələ uzun zaman müzakirə ediləcək. Bu da təbiidir. Çünki Azərbaycan həssas bir dönəmdən keçir, ölkə sağında-solunda cayır-cayır yanan qonşularla əhatə edilib, torpaqları işğal altındadır və dünyanın gözü də burdadır. Belə olan halda hər bir insan nə dediyinə, harda dediyinə çox diqqətlə yanaşsın gərək. Amma hörmətli akademikin müşavirə çağırmasını zəruri edən səbəblər onu sübut edir ki, insanlarımız nə dediklərinə, nə yazdıqlarına heç fikir vermir. Təbii ki, bunu bütün insanlara, bütün jurnalistlərə şamil etmək fikrindən uzağıq. Amma çox sayda jurnalistin ölkənin milli təhlükəsizliyini təhdid edəcək davranışları heç də uzaq keçmişə aid deyil.
Doğrudan da Azərbaycan mediası, sosial şəbəkə fəalları avqust ayındakı məlum hərbi hərəkətlənməylə bağlı imtahandan üzüağ çıxa bilmədi. Ordumuz, döyüşən əsgərlərimiz bu yarımqafalı “jurnalistlər” üzündən birə beş təhlükəylə üzləşməli oldu. Düşmənin göydə axtardığı kəşfiyyat xarakterli bilgilər Azərbaycan mediasında adi xəbərlər kimi tirajlandı. Dövlətin ayrı-ayrı rəsmiləri, elə məsələnin mahiyyətini anlayan bizim kimi sıradan insanlar bu antimilli ünsürlərə dəfələrlə çağırışlar etdi, amma faydası olmadı. Bizə nağıl danışdılar. Nə bilim, guya bunların əməlləri demokratiyanın, azadlıqların tələbləriymiş filan kimi. İddia etdilər ki, jurnalistlər istənilən durumda obyektiv informasiyanı hər şeydən üstün tutmalıymış. Sanki belə şeyləri bilmirikmiş kimi bizə dərs keçməyə cəhd edənlər də oldu. Biz bunları başa sala bilmədik ki, əməlləriniz Azərbaycan dövlətinin milli maraqlarını təhlükəyə atır və siz də jurnalist olmaqla bərabər bu ölkənin vətəndaşısınız. Anlada bilmədik, anlamadılar.
İş bu yerə çatanda dövlət dövriyyəyə girməli oldu. Prezident Administrasiyasının rəhbəri səviyyəsində müşavirə keçirildi və burada hər şey öz adıyla çağrıldı. Akademik Ramiz Mehdiyev açıq mətnlə qeyd etdi ki, Azərbaycanın informasiya təhlükəsizliyi belə “jurnalistlər”in üzündən təhlükəylə üzbəüz qalıb. Əslində, dövlət zor, hədə diliylə də danışa bilərdi. Amma danışmadı. Müdrik bir ağsaqqallıq etdi bu dəfə də dövlət. Ki, onun yaramaz vətəndaşları anlasın ki, əməlləri sadəcə sıradan bir yaramazlıq deyil, bütövlükdə milləti təhlükə altına qoyacaq hərəkətdir. Halbuki dövlətin imkanı və gücü var ki, ölkənin və millətin taleyini təhlükə altına atanlara öz gücünü göstərsin, onları dizə gətirsin və məcbur etsin ki, adam kimi adam olsunlar! Amma bu dəfə də humanizm, yumşaq güc üstün tutuldu və dövlət ümid etdi ki, vətəndaşı bu çağırışla haqq yoluna gətirə biləcək.
Və müşavirə sonrası olanlar. Kimlərsə bu müşavirədən uzaqgedən sonuclar çıxarmağa başladı. Guya ki, Administrasiya rəhbəri kimlərəsə bu yolla ismarıc verirmiş filan kimi. Hərçənd müşavirədə hər şey çox açıq şəkildə deyildi, dövlətin narahatlığı, belə davranışların millətə vura biləcəyi zərərlər haqqında hər kəsin anlaya biləcəyi dildə söz edildi. Yəni üstüörtülü, ismarıc sayıla biləcək heç bir fikir səsləndirilmədi. İstər Ramiz Mehdiyevin öz çıxışının, istərsə də digər çıxışların ana xətti bu idi ki, siyasi mənsubiyyətindən, ictimai durumundan asılı olmayaraq hər kəs Azərbaycan milli təhlükəsizliyini gözardı edə bilməz və etməməlidir. Mədəni, anlaşıqlı bir dildə deyildi ki, orduyla, cəbhəyanı bölgələrlə bağlı xəbərlərdə diqqətli olmaq lazımdır.
Hərənin öz istədiyi kimi anladığı bu müşavirənin işığında biz də öz növbəmizdə qaşınmayan yerdən qan çıxarmaq istəyən “həmkarlarımız”a səslənmək istərdik: Gəlin, hər şeyi bir kənara buraxıb bu dövlətin təhlükəsizliyinə zərər vuracaq əməllərdən çəkinək. Bir yazı yazarkən, fikir səsləndirərkən özümüzə suallar verək ki, ifadə edəcəklərimdən dövlətimə zərər gəlməz ki?
Örnək üçün, ordu bölmələrinin, hərbi texnikanın yerdəyişməsi haqqında şəkilli xəbərlər paylaşan insanlarımız, jurnalistlərimiz doğrudanmı anlamır ki, bu əməlləri düşmənə xidmətdən başqa bir şey deyil?
Yaxud da ordumuzun guya böyük itkilər verməsi haqda uydurma xəbərləri tirajlayanlar anlamırmı ki, bununla ictimai demoralizəyə yol açmış olurlar?
Ermənistan təbliğat maşınının dövriyyəyə buraxdığı yanıldıcı xəbərləri tirajlayanlar necə, düşmənin təbliğat alətinə çevrildiklərinin fərqindədirlərmi?
Bütün bunları və bu qəbildən olanları mütləq elə dövlətmi deməlidir sizə? Özünüz də vətəndaş olaraq bu dövlətin, bu millətin və ən nəhayət özünüzün təhülkəsizliyinizi təhdid edəcək əməllərdən niyə çəkinməyəsiniz axı?
Düşünün, düşünün. Özünüzü düşünməmək sizin haqqınızdır, amma bütövlükdə millətin həyatını təhlükəyə atma haqqını sizə kimsə vermədi!

Bu xəbər oxucular tərəfindən 905 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |