Şrift:
Azərbaycan yeni boks turnirində 3 idmançı ilə təmsil olunacaq
06.09.2014 [00:06] - Xəbərlər, İdman
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) yeni layihəsi olan "AIBA Pro Boxing"in (APB) ilk mövsümünün püşkatma tarixi məlum olub.
Azərbaycan Boks Federasiyası məlumat verir ki, tədbir sentyabrın 17-də Qazaxıstanın Almatı şəhərindəki AIBA Boks Akademiyasında keçiriləcək. Sentyabrın 14-dən 17-dək akademiyada boksçular üçün müxtəlif seminarlar da təşkil olunacaq.
Sentyabrın 17-də Qazaxıstan vaxtı ilə saat 12:00-da Boks Akademiyasının açılış mərasimi keçiriləcək. Tədbirdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, AIBA prezidenti Çinq Ko Vu və digər rəsmi şəxslər iştirak edəcəklər. Püşkatma mərasimi açılışdan sonra olacaq. Artıq hər çəki dərəcəsində iki reytinq favorit müəyyənləşdirilib ki, onlar püşkatmada "səpələnmişlər" sırasında olacaqlar.
Xatırladaq ki, APB yarışlarında 3 boksçumuz - Cavid Çələbiyev (56 kq), Fariz Məmmədov (69 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) mübarizə aparacaqlar. Hər çəki dərəcəsində iki idmançı 2016-cı ildə keçiriləcək Braziliya olimpiadasına lisenziya qazanacaq. APB-də ilk döyüşlər oktyabrın 24-də start götürəcək.
Qeyd edək ki, superağır çəki dərəcəsində döyüşlərin Bakıda keçirilməsi nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed