Şrift:
Polşada Azərbaycan muğamı səsləndirilib
06.09.2014 [00:07] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Azərbaycanın Polşadakı səfirliyi və Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Varşava şəhərində yerləşən "Saska Kempa" Mədəniyyət Mərkəzində "Azərbaycan muğamı" adlı konsert təşkil olunub.
Səfirlikdən verilən məlumata görə, konsertdə Azərbaycan diasporunun üzvləri, Polşa Xarici İşlər Nazirliyinin əməkdaşları, Pruşkuv rayon İcra Hakimiyyətinin başçısı və idarə heyəti, Nadajın qəsəbəsinin şura rəhbəri və Varşava ictimaiyyətinin üzvləri iştirak ediblər.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov və Polşanın Pruşkuv rayon İcra Hakimiyyətinin başçısı Eljbieta Smolinskaya tədbirdə çıxış edib və ölkələrimiz arasında mövcud əlaqələrdən, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin son illər əldə etdiyi uğurlardan və aparılan quruculuq işlərindən danışıblar.
Bakı şəhərinin Xəzər rayonunu təmsil edən incəsənət xadimləri bir saat ərzində Azərbaycan muğamını ifa edib və milli rəqslərimiz iştirakçıların diqqətinə təqdim olunub. İncəsənət xadimlərinin ifası iştirakçılar tərəfindən alqışla qarşılanıb. Sonda azərbaycanlı və polyak tamaşaçılar birgə yallı rəqsi ilə konserti yekunlaşdırıblar.
Sonda Polşa və Azərbaycan mətbəxi təamlarından ibarət ziyafət verilib.
Bu xəbər oxucular tərəfindən 790 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed