06.09.2014 [12:03] - Gündəm, Diaspor
Andorrada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Andorra Parlamentinin spikeri Visens Mateu Zamora və vitse-spiker, xanım Monika Bonel Tuset ilə görüşüblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq prezidenti xanım Vayra Vike Frayberqa, Mərkəzin Qəyyumlar Şurasının üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Mərkəzin İdarə Heyətinin üzvü Petar Stoyanov, Liviya Vətəndaş Forumunun prezidenti Farida Allagahi və Andorranın sabiq Baş naziri Oskar Ribas Reyq də iştirak edib.
Görüşdə Andorra Parlamentinin spikeri Visens Mateu Zamora ölkəsinin tarixi haqqında qısa məlumat verildikdən sonra hazırda burada keçirilən "Avropada etimadın bərpa olunması" konfransının əhəmiyyətindən danışıb. Parlamentin spikeri regionda təhlükəsizlik məsələlərinin müzakirəsi üçün 800 illik tarixində heç bir münaqişə yaşamayan Andorranın seçilməsinin ideal faktor olduğunu vurğulayıb. Tədbirin təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirən Visens Mateu Zamora birgə əməkdaşlığın gələcəkdə davam etdirilməsində maraqlı olduğunu deyib.
Görüşdə 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqların müzakirəsi üçün Andorra hökumətinin göstərdiyi dəstəyə görə təşəkkür ifadə olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nümayəndə heyətinin üzvləri bu əməkdaşlığın davam etdiriləcəyinə, yeni layihələrin həyata keçiriləcəyinə ümid etdiklərini bildiriblər.
Sonda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətinin üzvləri xatirə kitabına ürək sözlərini yazıblar, daha sonra Parıamentin tarixi binası Kasa De La Valı ziyarət ediblər və yenicə istifadəyə verilmiş təzə binanın iclas zalı ilə tanış olublar.

Bu xəbər oxucular tərəfindən 1108 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |