06.09.2014 [23:14] - Türk dünyası-Turan
Bu günlərdə Bişkekdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" kitabı qırğız və rus dillərində nəşr olunub.
AzərTAc məlumat verir ki, kitab Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə "Uluu Toolor" nəşriyyatında çapdan çıxıb.
"Veçerniy Bişkek" saytı yazır: "Fondun prezidenti Nüsrət Məmmədov "Veçerniy Bişkek" saytına bildirib ki, kitab pulsuz yayılacaq. Kitabı qırğız dilinə tanınmış şair və tərcüməçi Mukan Asanaliyev çevirib".
Yazının sonunda verilən məlumatda deyilir ki, Şah İsmayıl Səfəvi və ya Birinci İsmayıl - sərkərdə və şair, Səfəvilər sülaləsinin banisidir. O, 1501-ci ildə Təbrizi istila edib və İranın Azərbaycan əyalətinin şahı titulunu, 1502-ci ildə isə bütün İranın şahı titulunu alıb. Birinci İsmayılın dövründə Səfəvilər dövlətinin ərazisi ən böyük həddə çatıb. Onun qəzəlləri, "On məktub" epik poeması, "Nəsihət kitabı" əsəri məlumdur. Şah İsmayıl Xətai bütün türkdilli poeziyanın inkişafına təsir göstərib, o, Azərbaycan ədəbiyyatının və poeziyasının klassikidir.

Bu xəbər oxucular tərəfindən 981 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |