Şrift:
Suriya ordusunun zərbələri nəticəsində 53 nəfər ölüb
07.09.2014 [12:39] - Gündəm, Hərb
Suriya ordusu “İÇID”şn Rakka şəhəri ərazisindəki mövqelərinə bir neçə hava zərbəsi endirib. Nəticədə 53 nəfər ölüb, onlardan 31 nəfəri dinc sakindir. “Frans Press”ın verdiyi xəbərə görə, bu barədə Suriyanın “İnsan hüquqlarının monitorinqi” təşkilatının rəhbəri Rami Abdel Rəhman bildirib.

“Biz 31 dinc sakinin ölüm faktını qeydə aldıq, onlardan 5-i qadın, 3-ü isə uşaqdır”, deyə Rami Abdel Rəhman bildirib.

Ordunun zərbələri nəticəsində daha 15 terrorçunun və 7 naməlum şəxsin öldüyü bildirilir.

Bundan əvvəl Suriya Hərbi-Hava Qüvvələrinin “İslam Dövləti” qruplaşmasının nəzarətindəki Rakka şəhərində fəaliyyət göstərən çörək sexinə zərbə endirməsi nəticəsində azı 25 nəfər ölüb.
Bu xəbər oxucular tərəfindən 922 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed