Şrift:
Azərbaycan Xarici İşlər Nazirliyi: Bəzi ölkələrdə deputatların erməni lobbisinin girovuna çevrilməsi təəssüf doğurur
21.12.2011 [12:12] - Gündəm
“Qondarma “erməni soyqırımı” kimi qələmə verilən hadisələri tarixçilər araşdırmalı, bu hadisələrə müvafiq qiyməti onlar verməlidir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Fransa Senatının “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsini müzakirəyə çıxarmasını belə şərh edib.

“Bəzi ölkələrdə deputatların erməni lobbisinin girovuna çevrilməsi təəssüf doğurur, hansı ki bu, həmin ölkələrin milli maraqlarına konkret olaraq cavab vermir”.

Xatırladaq ki, dekabrın əvvəllərində “Xalq Hərəkatı Uğrunda İttifaq”dan olan millət vəkilləri Fransa parlamentinin qanunvericilik komissiyasına qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi təqdim ediblər. Fransa Senatında bu qanun layihəsi ilə bağlı səsvermə dekabrın 22-nə təyin olunub.
Bu xəbər oxucular tərəfindən 871 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed