08.09.2014 [00:42] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
NATO-nun Uels sammitində növbəti şapalaq alan Ermənistan prezidenti Serj Sarkisyan Böyük Britaniyadan qayıdandan dərhal sonra lideri olduğu hakim Respublika partiyasının fövqəladə iclasını çağırıb.
Ermənistan KİV-lərinin etiraf etdiyi kimi, bu iclasda Serj Sarkisyan Azərbaycanın diplomatik uğurlarını təsdiqləyib və tərəfdarlarını beynəlxalq əlaqələri genişləndirməyə, dünya miqyasında öz təbliğatını gücləndirən Azərbaycana qarşı mübarizə aparmaq üçün bu əlaqələrdən istifadə etməyə çağırıb.
Serj Sarkisyan NATO-nun sammitlərində, habelə Avropa Şurasının Parlament Assambleyasında Qarabağ məsələsinin müzakirəsini nəzərdə tutaraq belə bir etiraf edib: “Əslində demək lazımdır ki, bəzi hallarda Azərbaycan buna nail olur”. O qeyd edib ki, Ermənistan tərəfi Qarabağ münaqişəsinin nizama salınması məsələsini ATƏT-in Minsk qrupu formatında saxlamalı və rəsmi Bakının bu məsələni həmin formatdan başqa müstəvilərə keçirməyə cəhd göstərdiyini nəzərə alaraq “həqiqəti” (maraqlıdır, hansı həqiqəti?) beynəlxalq birliyə çatdırmağı bacarmalıdır.
Növbəti uğursuzluğu barədə partiya üzvləri qarşısında hesabat verən Serj Sarkisyanın təlaşlı çıxışından belə nəticə çıxarmaq olar ki, Azərbaycan tərəfinin vəzifəsi Qarabağ məsələsinin müzakirə meydanını fəaliyyətsizliyinə və səmərəsizliyinə görə ləğv edilməsə də, ən azından ciddi tənqid edilməli olan Minsk qrupu formatı hüdudlarından kənarda maksimum genişləndirməkdir. Çünki bu gün Minsk qrupu formatı Qarabağ məsələsini ört-basdır etmək və status-kvonun dəyişdirilməsi istiqamətində heç bir irəliləyişə imkan verməmək məqsədilə Yerevan üçün əlverişli daldalanacaqdır. Məhz buna görə NATO-nun Uels bəyannaməsinin qəbul olunması ərəfəsində Serj Sarkisyan Alyansa üzv ölkələrə “Minsk qrupu ritorikası”ndan istifadə etmək üçün yalvarırdı. Amma alınmadı. Serj Sarkisyan yumşaq desək, qulaqardına vuruldu və Azərbaycanın, Ukraynanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüyü müdafiə edildi.
Geri qayıdan kimi onun təcili müşavirə keçirməsinin də səbəbi budur.

Bu xəbər oxucular tərəfindən 1121 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |