08.09.2014 [00:42] - Gündəm, Türk dünyası-Turan, Diaspor
Türk Dünyası Memarları və Mühəndisləri İttifaqı, TÜRKSOY, Türk Dünyası Bələdiyyələr Assosiasiyası, Türk Dünyası Yazıçıları və İncəsənət Xadimləri Fondu Bişkek şəhərində türk dünyasının memarlarlıq, şəhərsalma üzrə altıncı qurultayını keçirib.
Tədbirdə bütün türkdilli dövlətlərin, o cümlədən Azərbaycanın nümayəndələri iştirak ediblər.
Qurultay Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin təşəbbüsü ilə, “Dildə, görüşlərdə, işdə birlik” devizi altında keçirilib.
Tədbirin əsas istiqamətlərindən biri memarlıq, mühəndislik və şəhərsalma üzrə ümumtürk standartlarının hazırlanması olub.
Qurultayda “Türk dünyasının nəhəng memarlıq layihələri”, “Üçüncü Bosfor körpüsünün tikintisi”, “İpək Yolunda zəlzələ reallığı: elmi əməkdaşlıq”, “Türkiyədən Şimali Kiprə su borusu”, “Bişkekdə şəhərsalmanın inkişafında aktual problemlər və onların həlli yollarının tapılması” və digər mövzularda məruzələr dinlənilib.
Bildirilib ki, türk dünyası ölkələrində sürətli tikinti işləri gedir, yeni inşaaat texnologiyaları və materiallardan istifadə edilir, gözəl və yaraşıqlı binalar tikilir. Bu sahədə təcrübə mübadiləsinin aparılması ümumi işin xeyrinə olardı.
Qurultayda Bişkek şəhəri 2015-ci ildə türk dünyasının mədəniyyət paytaxtı élan edilib. Bişkek və Türkiyənin Trabzon şəhəri qardaşlaşmış şəhərlər elan olunub.

Bu xəbər oxucular tərəfindən 1301 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |