Şrift:
Mustafa Kabakçı: “Fransanın mövqeyi tək Türkiyəyə deyil, bütün türk dünyasına qarşı yönəlib”
21.12.2011 [12:16] - Xəbərlər, Türk dünyası-Turan
“Türkiyənin köhnə Türkiyə olduğunu zənn edənlər yanıldıqlarını görəcəklər”

“Türkiyə bütün sənədlərini və arxivlərini araşdırmalar aparmaq üçün açmağa hazırdır. Amma Nikola Sarkozinin tarixi bir məsələni siyasi məsələ kimi ortaya qoymaqla, türk millətini layiq olmadığı sifətləri xatırlamasına yönəlmiş davranışları siyasi mövqedir”. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Mustafa Kabakçı jurnalistlərə açıqlamasında bildirib.
Mustafa Kabakçı deyib ki, siyasət, elm və tarix ayrı-ayrıq məsələlərdir: “Soy qırımı ilə bağlı məsələni elm adamları araşdırmalıdır. Təəssüf ki, Fransa Xocalı soyqırımı kimi faktı, Azərbaycanın 20 faiz torpağının işğal altında qalmasını, 1 milyon qaçqının olmasını görməzliyə vurur. 1915-də olan hadisəni tarixçilərin öhdəsinə buraxmaq əvəzinə, siyasi qərar verməyə çalışırlar. Türkiyə buna qarşı tədbirlərini davam etdirəcək”.

TBMM üzvü qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı haqsız işğalı davam edərkən Türkiyə və İslam dünyası birlik göstərməlidir: “Fransanın bu mövqeyi tək Türkiyəyə deyil, bütün türk dünyasına qarşı yönəlib. Türkiyə tarixi gerçəklilərin ortaya çıxarılmasından narahat deyil, bütün arxivləri açmağa hazır olduğunu dəfələrlə bəyan edib. Fransa bir iş görmək istəyirsə, Ermənistan Azərbaycana qarşı törətdiyi işğalçılıq siyasətinə son qoymaq üçün konkret mövqe ortaya qoymalıdır”.

“Fransa parlamenti qondarma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul edərsə, Türkiyə Fransanın Əlcəzair və Şimali Afrikada törətdiklərini soyqrımı kimi qəbul edə bilərmi” sualına cavab olaraq M. Kabakçı bunları deyib: “Bununla bağlı Türkiyə öz mövqeyini ortaya qoyub. Bizim fikrimiz budur ki, məsələni tarixçilər araşdırsın. Türkiyənin edəcəyi çox şeylər var. Türkiyənin köhnə Türkiyə olduğunu zənn edənlər yanıldıqlarını görəcəklər”.
Bu xəbər oxucular tərəfindən 1211 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed