Şrift:
Bakı uşaq teatırında açılış.
08.09.2014 [11:11] - Xəbərlər, Afişa
Bakı Uşaq Teatrı 9 sentyabr saat 12:00-da Siyəzən rayonunda ” Günahsız günahkarlar” tamaşası ilə teatr mövsümünün açılışını qeyd edir.
Müasir dövrün qlobal problemlərindən olan insan alverinin qarşı mübarizəyə həsr olunan tamaşa Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. 
Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.
Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adıyla, kimisi ailə qurmaq pərdəsiylə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplatasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Mafiyanı kim idarə edir? Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər?
Bütün bunlar GÜNAHSIZ GÜNAHKARLARda. 
Yeni tamaşa, ağrılı mövzu, fərqli rejissor həlli.
Bütün teatr sevərləri yeni mövsümün açılışı münasibətilə təbrik edirik!
Bu xəbər oxucular tərəfindən 1070 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed