08.09.2014 [12:18] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Azərbaycanın Yardımlı rayonu ərazisində tunc-ilk dərmir dövrünə aid yeni abidələr aşkar edilib.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə bildirib ki, Yardımlı rayonu Alar kəndi ərazisində eramızdan əvvəl II-I minilliyyə aid, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən 30-dan artıq kurqan və çoxlu sayda daş qutu tipli qəbir abidələri aşkarlanıb. Bu abidələr Talış dağlarının Peştəsər silsiləsində, Sarıbulaq yaylaqları ərazisində geniş bir sahəni əhatə edir.
İlkin arxeoloji-kəşfiyyat qazıntıları nəticəsində son tunc-ilk dəmir dövrünə aid vaza, boşqab, kasa tipli saxsı qablar, əqiq, pasta, tunc və gildən hazırlanmış muncuqlar, daşdan və tuncdan bəzək əşyaları əldə edilib. Bu qiymətli tapıntıların bölgənin son tunc-ilk dəmir dövrünün köçəri maldar tayfalarının mədəniyyətlərinə məxsus olduğu ehtimal edilir: "Amma əfsuslar olsun ki, Avar kəndi ərazisində bu tipli qəbir abidlərinin bir qismi 20-ci əsrin 90-cı illərində İran ərazisindən gələn "qızıl axtaranlar" tərəfindən ciddi dağıntılara məruz qalıb. Gələcəkdə yeni qeydə alınmış kurqan və daş qutu qəbirlərdə genişmiqyaslı arxeoloji qazıntıların aparılması nəzərdə tutulur".
A.Ağalarzadə bildirib ki, hazırda ekspedisiya öz işini rayonun Ökü və Arvana kəndlərindəki kurqanlarda davam etdirir.

Bu xəbər oxucular tərəfindən 1107 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |