Şrift:
İlham Əliyev Tacikistan Prezidentini təbrik edib
09.09.2014 [00:08] - Gündəm, Türk dünyası-Turan
Dövlət başçısı Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu da təbrik edib.

Məktubda qeyd olunur: "Sizi və Sizin şəxsinizdə bütün Tacikistan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Tacikistanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Hazırda yeni məzmun kəsb edən bu münasibətlər dinamik və hərtərəfli inkişaf yolundadır.
Əminəm ki, birgə səylərimiz bundan sonra da dövlətlərarası münasibətlərimizin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə, Azərbaycan ilə Tacikistan arasında iqtisadi və humanitar əlaqələrin genişlənməsinə yönələcəkdir.
Hörmətli Emoməli Şərifoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Tacikistan xalqına sülh və firavanlıq arzulayıram".
Bu xəbər oxucular tərəfindən 957 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed