27.09.2011 [17:51] - Siyasi partiyalar
Bu gün Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatı ( MDHP GT ) “ Güney Azərbaycanda fars faşizmi” adlı mövzusunu müzakirə etdi. Tədbiri giriş sözüylə partiyanın gənclər üzrə müşaviri Şəhla Feyruzbəyli açdı. Qonaqları salamlayan və tədbirin məqsədini tədbir iştirakçılarınının nəzərinə çatdıran gənc müşavir sözü partiyanın gənclər təşkilatının sədri Seymur Həsənliyə verdi. Gənclərin bu gün aktiv olmasını və milli maraqlardan kənarda qalmamasını Azərbaycan gənclərinin uğuru kimi qeyd etdi. Daha sonra söz politoloq Arif Kəskinə verildi. Arif Kəskin də öz növbəsində gənclərlə görüşdə iştirakından böyük məmnunluq duyduğunu və belə görüşlərin tez-tez keçirilməsinin vacibliyndən danışdı. Öz çıxışında Güney Azərbaycanda son zamanlarda baş verən Urmu hadisələrdən və Ümumiyyətlə Azərbaycan tarixində Milli Hərəkatların fars şovinizmindən əvvəl olduğunu qeyd etdi. Eyni zamanda Arif bəy Güneydə baş verənləri tək Azərbaycanın yox, bütün türk dünyasının problemi olduğunu da nəzərə çatdırdı.
Tədbir geniş və maraqlı diskusiya ilə davam etdi. Sonda isə Qonaqlarla gənclərin xatirə şəkili çəkdirildi.
Tədbir geniş və maraqlı diskusiya ilə davam etdi. Sonda isə Qonaqlarla gənclərin xatirə şəkili çəkdirildi.
Bu xəbər oxucular tərəfindən 1333 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |