Şrift:
Avropa Birliyi Türkiyəyə 233 mln. avro yardım ayırıb
21.12.2011 [12:28] - İqtisadiyyat
Avropa Komissiyası (AK) Avropa Birliyinə (AB) daxil olmaq istəyən ölkələrdə islahatların dəstəklənməsi üçün bir sıra proqramların formalaşdırılmasını başa çatdırıb.

Yardım fondunun məbləği təxminən 1 mlrd. avro təşkil edir.

Bu vəsait Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Makedoniya, Çernoqoriya, Serbiya, Kosovo, Türkiyə və İslandiya üçün nəzərdə tutulub. AB-nin ümumi büdcəsindən daha çox məbləğ Türkiyə (232,968 mln. avro) və Serbiyaya (178,557 mln. avro) ayrılacaq.

“Bu proqramlar dövlət idarəçiliyi, ədalət mühakiməsi, iqtisadiyyat və ətraf mühitin mühafizəsinin yaxşılaşdırılması sahələrində konkret nəticələr əldə etmək üçün yaradılıb” - deyə avrokomissar Ştefan Fyule qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1258 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed