09.09.2014 [10:56] - Gündəm, Siyasət
Bakıda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin 4-cü qeyri-rəsmi görüşü başlayıb.
Toplantıda nazirlərlə yanaşı, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Helqa Şmidt iştirak edirlər.
Görüşün əsas məqsədi “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Vilnüs sammitindən sonra əldə olunmuş nailiyyətlər, gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələrin aparılmasıdır.
Qeyd edək ki, “Şərq Tərəfdaşlığı”nda Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarus iştirak edir. Ermənistan Bakı görüşünə qatılmayıb.

Bu xəbər oxucular tərəfindən 674 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |