Şrift:
Ukrayna prezidenti ABŞ Konqresində çıxış edəcək
11.09.2014 [00:31] - Gündəm, Siyasət
Sentyabrın 18-də ABŞ Konqresində Ukrayna prezidenti Pyotr Poroşenkonun çıxışı gözlənilir.

“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Konqresinin nümayəndələr palatasının spikeri Con Beyner bəyan edib.

“Poroşenkonun Konqresdə çıxışı bizim Ukrayna xalqına davamlı dəstəyimizin təzahürü olacaq”, deyə Beyner bildirib.

Həmçinin, Beyner qeyd edib ki, Poroşenko Konqresdə çıxış edəcək ikinci Ukrayna prezidenti olacaq.

Xatırladaq ki, 2005-ci ildə Viktor Yuşşenko Ukraynanın dövlət başçısı qismində ABŞ parlamentinin aşağı palatasında çıxış edib.
Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed