Şrift:
Azərbaycan və Qırğız Respublikası arasında dövlət qulluğu sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
11.09.2014 [10:38] - Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Qırğız Respublikasının Dövlət Kadrlar Xidməti arasında dövlət qulluğunun idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında” Memorandum imzalanıb.

Memorandum Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və Qırğız Dövlət Kadrlar Xidmətinin sədri Alay Karaşev tərəfindən imzalanıb.

Qeyd edək ki, bu gün Bakıda “Dövlət qulluqçularının potensialının artırılması yolu ilə dövlət qulluğunda səmərəliliyin artırılması” mövzusunda beynəlxalq konfrans başlayıb.

Konfransda Türkiyə, Ukrayna, Əfqanıstan, Qırğızıstan, Gürcüstan, Qazaxıstan, Rumıniya, Çin, Monteneqro, Hindistan, Makedoniya, Tacikistan, Polşa, Nigeriya, Yaponiya, Bosniya və Herseqovina və digər dövlətlərin dövlət qulluğu sahəsi üzrə analoji qurumlarının rəhbər şəxsləri iştirak edirlər.
Bu xəbər oxucular tərəfindən 840 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed