11.09.2014 [12:11] - Gündəm, Siyasət
Türkiyə İŞİD terror təşkilatına qarşı yerüstü əməliyyatlarda iştirak etməyəcək. Bu barədə cümə axşamı “Haber7” telekanalı xəbər yayıb.
Belə qərar dünən Baş nazir Əhməd Davudoğlunun ölkənin güc strukturlarının nümayəndələri ilə görüşündə qəbul edilib.
Hazırda ABŞ dövlət katibi Con Kerri “İŞİD” terror təşkilatına qarşı beynəlxalq koalisiya yaratmaq məqsədilə Yaxın Şərq ölkələrinə turne keçirir.
Bu gün Kerrinin Səudiyyə Ərəbistanında Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin, İraq, Misir, İordaniya və Türkiyənin XİN rəhbərləri ilə görüşü keçiriləcək.
Bundan əvvəl Kerri İraqda olub. Burada o, ölkənin yeni hakimiyyəti ilə danışıqlar aparıb və Suriyada və İraqda “İslam Dövləti” təşkilatının neytrallaşdırılmasında birgə səylərin göstəriləcəyini vəd edib.
"İslam Dövləti " (əvvəllər "İraq və Şam İslam Dövləti") 2003-cü ildə İraqda yaradılıb. 2004-2006-cı illərdə terror təşkilatına Əbu Musab əl-Zərqavi rəhbərlik edib. Təşkilatın tərkibinə “Əl-Qaidə” terror təşkilatı ilə sıx əlaqəsi olan 11 radikal islam qruplaşması daxildir.
Suriyada silahlı müxalifətlə hökumət qoşunları arasında hərbi toqquşmalar başladıqdan sonra terror təşkilatı 2013-cü ildə Suriyaya soxulub. Bundan sonra "İslam Dövləti" təşkilatı “Əl-Qaidə”nin andını qəbul etməkdən imtina etdiyini və bütün qruplaşmalara, eləcə də hökumət qoşunlarına “cihad” elan etdiyini bəyan edib.
"İslam Dövləti"nin Suriyada mövqelərinin möhkəmlənməsi onun İraqa qayıda bilməsinə gətirib çıxarıb.
İyunun 10-da "İraq və Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının silahlıları İraqın Mosul şəhərini və bir neçə yaşayış məntəqəsini zəbt ediblər. İyunun 16-da isə İŞİD yaraqlıları İraqın Təl-Afar şəhərinə nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terrorçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər.
Bu il iyunun 25-də İraqdakı sünni qruplaşmaların "İraq və Şam İslam Dövləti" terror təşkilatının yaraqlılarına qarşı birləşdikləri barədə məlumat verilir. Həmçinin yaraqlılara qarşı 2007-ci ildə İraqda “Əl-Qaidə”yə qarşı fəal mübarizə aparan "1920-ci il İnqilabçıları briqadası" da silahlanıb. Həmçinin İraq İslam Milli Müqavimətinin, İraq İslam Ordusu, Mücahidlərin Sünni Ordusunun fəalları da silahlanmağa başlayıb.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "islam xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
O da xəbər verilir ki, ölkənin şimalında xüsusilə gərgin vəziyyət yaranıb. Burada terrorçular dini-etnik azlıq olan yezidi kürdlərinə qarşı soyqırım törədəcəkləri ilə hədələyirlər. Öz evlərini tərk etmiş yezidi kürdlərinin sayı 100 min nəfərdən artıqdır.

Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |