11.09.2014 [12:24] - Xəbərlər, Hadisə
Bu il Azərbaycanda baş verən yol qəzalarında 63 uşaq ölüb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, cari ilin ilk 8 ayında paytaxt ərazisində 612 yol qəzası baş verib. Nəticədə 187 nəfər ölüb, 662 nəfər yaralanıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 35, 34 ölüm sayı , yaralı sayı isə 5 fakt azalıb.
Respublika ərazisində hesabat dövründə baş verən yol qəzalarında 63 uşaq ölüb, 145-i isə yaralanıb.
V. Əsədov cari ilin ilk 8 ayında paytaxt ərazisində 490.131 inzibati protokol tərtib edildiyini bildirib. Tərtib edilən protokolların 101.934-ü nizamlanmayan piyada keçidindən istifadə edən şəxslərinin , 6189 - sərxoş sürücülərin, 7355 işıqforun qırmızı işığında keçən , 255-i avtoxuliqanlıq edən sürücülərin payına düşür.

Bu xəbər oxucular tərəfindən 926 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |